Icma.az, Oxu.az saytına istinadən bildirir. "Sadə bir vəziyyətdə qapımızdan top buraxdıq".
Bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Hayduk"la oyundan sonra Oxu.Az-a açıqlamasında "Zirə" klubunun futbolçusu Rövlan Muradov deyib.
"Çətin olacağını bilirdik, amma rəqibi yaxşı analiz etmişdik. Təəssüf ki, sadə bir vəziyyətdə qapımızdan top buraxdıq.
Hər iki tərəfin növbəti mərhələyə yüksəlmə şanslarını bərabər qiymətləndirirəm.
Əmin ola bilərsiniz ki, səfər oyununda da meydana qələbə üçün çıxacağıq.
Düşünürəm ki, orada da layiqli oyun nümayiş etdirərək növbəti mərhələyə adlaya bilərik".
Anar Həsənov Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.