Rövlandan vida paylaşımı

03.06.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rövlan Muradov “Sumqayıt”la vidalaşıb.

Futbolpress.az xəbər verir ki, oyunçunun klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb. Muradov sosial şəbəkə hesabında “kimyaçılar”a vida edib:

“Sumqayıt” ailəsindən hər kəsə salamlar, vidalaşmaq vaxtıdır! Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Rövlan başa çatan mövsümdə 31 oyuna çıxıb, 1 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью