Rövnəq Abdullayev SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak etdi FOTO

26.01.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Türkmənistanda SPECA həftəsi çərçivəsində SPECA Rəhbər Şurasının 20-ci iclası və SPECA Çoxtərəfli  Etimad Fondunun Rəhbər Komitəsinin 2-ci iclasında iştirak edib. 
Demokrat.az
xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 20-ci iclası keçirilib.
Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakovun sədrliyi ilə keçirilən iclasda BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və SPECA iştirakçı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.
İclasda ölkəmizi iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təmsil edib. Nazir müavini çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Nəqliyyat-tranzit, ticarət, enerji, investisiya, rəqəmsallaşma və digər sahələrdə tərəfdaşlığın regional inkişaf üçün prioritet istiqamətlər olduğu qeyd edilib. Ölkəmiz tərəfindən Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəzərə çatdırılıb. Eyni zamanda, birgə layihələrin dəstəklənməsi məqsədilə Qazaxıstan, Özbəkistan və Qırğız respublikaları ilə yaradılmış birgə investisiya fondlarının əhəmiyyəti diqqətə çatdırılıb. 
İclasda  SPECA İqtisadi Forumunun yekun sənədi təsdiq olunub, SPECA-nın 2024–2025-ci illər üzrə İş planının icra vəziyyəti müzakirə olunub. İşçi qruplarının fəaliyyətinə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. SPECA-nın 2026-2027-cı illər üzrə İş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Qırğız Respublikası seçilib.
İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin 2-ci iclasında iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini SPECA Çoxtərəfli Etimad Fondunun yaradılmasının çoxvektorlu regional əməkdaşlığın inkişafı baxımından mühüm institusional addım olduğunu qeyd edib. 
İclasda Fondun yaradılması üzrə görülmüş işlər müzakirə edilib və növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində SPECA Çoxtərəfli Etimad Fondunun Maliyyələşdirmə  Strategiyası və ilk Təkliflər Çağırışı qəbul edilib.

Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью