Rövnəq Abdullayevdən nə qədər xahiş etsəm də, Elxan Məmmədov qoymadı ki...

01.12.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ayın sonu gələndə mən qanıqara halda gəzərdim. Çünki AFFA-nın işçiləri maaşları alıb-xərcləyiblər, amma PFL hələ maaş almayıb. Niyə? Elxan müəllimin əhval-ruhiyyəsi nə vaxt yaxşı olacaqsa, hesabımıza pul köçürər, biz də camaatın maaşını verərik”.

Bunu Sportnet.az-a müsahibəsində Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev deyib. 

O, PFL-də olan dəyişikliklər barədə danışıb: “Bu gün PFL-də elə deyil. Çox sevinirəm ki, artıqlaması ilə büdcəsi, imkanı var, artıq müstəqil hərəkət edə, öz işini görə bilir. Biz Avropa Peşəkar Futbol Liqalarının (EPFL) üzvü olmuşduq. Rövnəq Abdullayevdən nə qədər xahiş etsəm də, Elxan Məmmədov qoymadı ki, üzvlük haqqını ödəyək. Hətta EPFL rəhbərliyi Bakıya gəlmişdi. Amma bu gün ödəyirlər”.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью