Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN - 1400143091) olub.
Hurriyyet.az xəbər verir ki, “Meqa Sığorta” ASC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilkdə 523 əməkdaşın bir illik könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 213 min 384 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün il ərzində ödəniləcək tibbi sığorta haqqı 408 manat olacaq.
Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb.
ASC-nin nizamnamə kapitalı 23 000 000 manat təşkil edir. “Mega Sığorta”nın ən böyük (19% pay) səhmdarlarından biri Dövlət Neft Şirkətinin (S
1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.