Rövşanə Ağasəfqızı yeni verilişini belə elan etdi “Yola davam...”

07.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rövşanə Ağasəfqızı yeni verilişlə efirə çıxacağını bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Aparıcı yeni layihəsi ilə bağlı duyğularını bölüşərək geridə qalanlara uğurlar arzulayıb. pizza

R.Ağasəfqızı dünənlə vidalaşdığını və yaşadığı hər an üçün minnətdar olduğunu bildirib:

“Yeni veriliş başlayır… Yanımda olan hər kəsə sevgilər, geridə qalanlara uğurlar… Dünəni bağrıma basıb, əl sıxıram. Yaşadığım hər an, hər saniyə üçün sonsuz təşəkkür. Yanlışlarımın əfvi, doğrularımın halalı ümidi ilə yola davam…”

Verilişin hansı kanalda yayımlanacağı hələlik məlum deyil.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью