Rövşən Abdullaoğlunun İstanbulda imza günü olacaq

13.11.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Yazıçı Rövşən Abdullaoğlunun İstanbulda imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə müəllif sosial media hesabında bildirib: "Kitablarım haqqında Türkiyədəki oxucularımdan çoxlu xoş rəylər alsam da, indiyədək orada görüş imkanı olmamışdı. Bu il keçiriləcək TÜYAP Kitab Sərgisində nəhayət görüşəcəyik. Qeyd edim ki, “Relslər üzərinə uzanmış adam”, “Bu şəhərdə kimsə yoxdur” və “Çətin olsa da, həyat davam edir” kitablarım artıq Türkiyədə “Ailə” nəşriyyatı tərəfindən işıq üzü görüb.
14 dekabr, saat 16:00-da “Aile” nəşriyyatı stendində keçiriləcək imza gününə oradakı bütün oxucularımı dəvət edirəm"

Qeyd edək ki, 42-ci İstanbul TÜYAP Kitab Sərgisi 13-21 dekabr 2025-ci il tarixdə keçiriləcək.

Tanınmış müğənni vəfat etdi Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı? Yeni yubiley medalı təsis olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью