Rövşən Binəqədili xəstəxanaya yerləşdirildi

24.08.2025

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətən müharibəsi zamanı patriotik mahnıları ilə məşhurlaşan müğənni Rövşən Binəqədili xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM sənətçinin səhhəti ilə bağlı məlumat almaq üçün onun prodüseri Məmməd Məhərrəmov ilə əlaqə saxlayıb.

Prodüser sənətçinin sağlamlığında ciddi problemlərin olduğunu və əməliyyat keçirdiyini açıqlayıb:  pizza sifarişi

"Rövşən bəy bir müddətdir sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. Mədə xorasından əziyyət çəkir. Eyni zamanda bağırsaqlarında da ciddi narahatlıq var. Əməliyyat olunub, amma 6 ay müddətində müalicəsi davam etməlidir".

Məmməd Məhərrəmov sənətçinin eyni zamanda astma xəstəliyindən də əziyyət çəkdiyini bildirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью