Rövşən Əsgərov işinə məhkəmədə qiyabi baxılacaq

18.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Nə? Harada? Nə zaman?" ( Что? Где? Когда?) intellektual televiziya oyununun keçmiş iştirakçısı Rövşan Əsgərov barəsində cinayət işinə qiyabi qaydada baxacaq.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, o, "nasizmin reabilitasiyasında, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətə təhrikdə və terror xarakterli digər cinayətlərdə" ittiham olunur.

Cinayət işinin materialları məhkəməyə daxil olub, lakin hələlik məhkəmə iclasının tarixi müəyyən edilməyib. Onlayn mağaza


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью