Rövşən Hüseynov hələ Vitali Borisovla görüşməyib

14.04.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Ötən həftə intizamsızlıq üzündən futzal yığmasının heyətindən uzaqlaşdırılan Rövşən Hüseynovla əlaqə saxladıq. Ondan yığmanın baş məşqçisi Vitali Borisovla görüşüb-görüşmədiyini soruşduq.

Təcrübəli qapıçı isə Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla danışmağı məsləhət gördü. Mahal bəy isə suallarımıza belə cavab verdi:

“Komanda ayın 13-ü səhərə yaxın Bakıya qayıdıb. Xorvatiya yığması ilə oyunun hazırlığı İsveçdə oynayan futzalçılarla davam edir. Rövşən bu gün fərdi məşq edib. Borisov dəyişikliklə bağlı hansısa qərar verməyib. Hansısa dəyişiklik olsa, rəsmi saytda açıqlama veriləcək”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью