Rövşən Muradov: 1127 nəfər gəncimiz xarici ölkələrdə təhsil alır

02.02.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zənginliyi, vətənpərvərlik ruhunda tərbiyəsi və ölkə həyatında fəal iştirakı üçün böyük əhəmiyyət kəsb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Rövşən Muradov söyləyib.

Deputat bildirib ki, gənclərimizin xaricdə təhsili və Gənclər Təşkilatlarının formalaşdırılması bu sahədə aparılan siyasətə göstərilən diqqətin nəticəsi kimi qiymətləndirilməlidir.

"44 günlük Vətən savaşında Ali Baş Komandanın siyasəti nəticəsində gənclərimiz ciddi işlər görüb. 1127 nəfərimiz xaricdə dövlət hesabına təhsil alır və onlar dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlərini davam etdirirlər", – deyə R.Muradov qeyd edib.

Parlament üzvü vurğulayıb ki, gənclərimiz etimadımızın təminatıdır və bunun əsas səbəbi dövlətimizin onlara göstərdiyi ali diqqət və qayğıdır.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью