Rövşən Muradovun ölüm səbəbi açıqlandı

05.06.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovun ölüm səbəbi məlum oldu.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Modern.az-a verilən məlumata görə, onun ürəktutmasından vəfat etdiyi ehtimal edilir.

Mərkəzdən əlavə olaraq bildirilib ki, Rövşən Muradovun xatirəsinin anılması ilə bağlı tədbirlər və onu yad etmək imkanları barədə əlavə məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm beynəlxalq konfransında iştirakını təşkil etmək üçün İstanbulda olarkən qaldığı oteldə qəfil vəfat edib.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью