Rövşən Nəbiyev yol qəzasında həyatını İTİRDİ

21.12.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Qazax rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

News24.az Teleqraf.com-a istinadla xəbərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Yolu keçən 43 yaşlı Rövşən Nəbiyevi avtomobil vurub. O, ağır kəllə-beyin travması alıb və dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью