Rövşən Nəcəf “Qarabağ”ı təbrik etdi

06.11.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə 2:2 hesablı heç-heçə etməsi münasibətilə təbrik edib.

İdmanxeber.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. “Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью