Rövşən Nəcəf: “Qurban Qurbanovla aramızda problem yoxdur”

11.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ın baş məşqçisi və İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun Hesabat Konfransına qatılmamasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, o, bu barədə konfransda açıqlama verib:

“Hansısa problem yoxdur. O, İK-nin iclaslarına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etmədiyi təqdirdə də, hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir”.

Mirkamal Kazım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью