Rövşən Nəcəf: Qurban Qurbanovun özündən soruşa bilərsiniz

11.04.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qurban Qurbanovla münasibətimizdə heç bir problem yoxdur".

Apasport.az xəbər verir ki, bu sözləri AFFA-nın mətbuat konfransında qurumun prezidenti Rövşən Nəcəf deyib: 

"Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət getmir. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etmədiyi təqdirdə də, Qurban müəllim də, digər həmkarlar da məlumat verirlər. Hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir".

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov bu gün keçirilən milli assosiasiyanın Hesabat Konfransında iştirak etməyib. 

UEFA və FIFA proqramlarından AFFA-ya ödənilən vəsait bəlli olub Salah qərarını verdi: "Liverpul"da yeni müqavilə - Rəsmi Azərbaycanda futbolun inkişafı üçün ayrılmış vəsaitin məbləği açıqlanıb SOCAR-dan AFFA-ya 13 milyon manat maliyyə vəsaiti ayrılıb Cahangir Fərəcullayev: “Sıfırdan ev tikməliyik”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью