Rövşən Nəcəf, Venger və İnfantino bu matçı izlədi Video

25.10.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının IX turunda "Sabah" və "Qarabağ" komandaları arasında oyun keçirilib.

Axar.az xəbər verir ki, qarşılaşmanı stadiondan izləyənlər arasında FIFA prezidenti Canni İnfantino, tanınmış futbol mütəxəssisi Arsen Venger və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də olub.

Eyni zamanda, iqtisadiyyat naziri Mikayıl Cabbarov və AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov da oyunu stadiondan izləyiblər.

Qeyd edək ki, Rövşən Nəcəf qarşılaşmanı 7 nömrəli forma ilə izləyib.

Xatırladaq ki, "Dalğa Arena"da keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra 20 xal toplayan "Sabah" turnir cədvəlinə başçılıq edir. 18 xalı olan "Qarabağ" isə üçüncü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью