Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA ötən il milli komandalarımızın fəaliyyətinə 15 milyon 708 min 658 manat vəsait ayrıldığını açıqlayıb.
Lakin bu məbləğin necə və hansı məqsədlə istifadə edildiyi, nə qədər düzgün yönəldildiyi, bu sərmayənin qarşılığında hansı nəticələr əldə olunduğu suallarına hələ də aydınlıq gəlməyib.
Bu məbləğlər, əslində, futbolun hər bir sahəsinə böyük ümidlərlə qoyulan investisiyadır, amma hər keçən il milli komandalarımızın uğursuzluğu, sanki təkrarlanan bir fəlakət kimi daha da böyüyür.
Əslində, bu uğursuzluqlar bir şəkildə sistemləşir və artıq sabaha yaxşı heç nə vəd etmir.
AFFA-nın açıqladığı bu böyük məbləğin hansı məqsədlər üçün xərcləndiyini anlamadan mövcud vəziyyəti qiymətləndirmək mümkün deyil.
15 milyon manatdan çox vəsaitin hansı sahələrə sərf edildiyini açıq şəkildə öyrənmək vacibdir.
Əgər bu xərclər, milli komandalarımızın beynəlxalq arenada yaxşı nəticə qazanması üçün sərf olunmayıbsa, o zaman bu sərmayənin hər hansı bir nəticə verməsi inandırıcı olarmı?