Rövşən Qurbanov həbs edildi

29.05.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Novosibirsk şəhərinin Zaeltsovski rayon məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanovu iki ay müddətinə həbs edib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

"Məhkəmə R.K.Qurbanov barəsində 2025-ci il iyulun 27-dək həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxs aprelin 30-da “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdirinə messencer vasitəsilə zəng edərək ondan 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью