Rövşən Rüstəmov onun vəzifəsini yüksəltdi

18.11.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov ADY-nin Baş Mühəndisi təyin olunub.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə QSC-nin sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə “Əməkdar mühəndis” adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью