Rövşən Rüstəmovdan yeni təyinatlar

22.09.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinatlar olub.

Qaynarinfo iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.

Belə ki, Kəmalə Hüseynova İnsan resursları departamentinin İşçilərlə əlaqələr şöbəsinin müdiri, Vüqar Səməndov isə Maliyyə departamentinin müdir müavini vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, yeni təyinatadək K.Hüseynova İnsan resursları departamentində İstedadların idarə edilməsi şöbəsinin müdir müavini vəzifəsində çalışıb. V.Səməndov isə bu təyinata qədər "Cib Kapital İnvestisiya Şirkəti"ndə Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью