Rövşən Sadıqbəylinin etimadnaməsi qəbul edildi

17.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

BMT-nin Cenevrədəki baş direktoru Tatyana Valovaya Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki yeni daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Valovaya "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul etmək mənim üçün böyük şərəfdir", - o qeyd edib.

Valovaya çoxtərəfli əməkdaşlığa dəstək məqsədilə birgə işin davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью