Rövşən Tağıyev 2 nəfərin öldüyü qəzayla bağlı AÇIQLAMA VERDİ

16.02.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində yaxın məsafalərdə bir neçə qəza baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev açıqlamasında bildirib.

Qeyd edib ki, hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb: "İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib".

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью