Röya Aygünün mahnısını oxuyacaq

29.03.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından mahnı oxuyacaq.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə ARB-nin efirində yayımlanan “İki başlı” verilişində danışıb.

Müğənni bildirib ki, Aygün Kazımovanın repertuarından oxuyacağı musiqi artıq seçilib, lakin sənətçi həmin mahnının adını hələlik sirr saxlayıb:

“Mahnını seçmişəm. Yayda çıxacaq. O mahnı oxunanda bəlkə də, siz çox balaca idiniz. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə aid mahnıdır”.

Qeyd edək ki, illərlə aralarında soyuq küləklər əsən sənətçilər bir müddət öncə iştirak etdikləri məclislərin birində aralarındakı buzları əritmişdilər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью