Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Xalq artisti Röya Ayxan Yaşıl Teatrda konsert proqramı ilə çıxış edir.
Sənətçi konsertdən əvvəl Musavat.com-un suallarını cavablandırıb.
Röya Ayxan konsertdə tamaşaçıları bir sıra yeniliklərin gözlədiyini bildirib. O, gecə ərzində yeni mahnılarını səsləndirəcəyini deyib. Xalq artisti səhnə tərzində də rəngarəngliyə üstünlük verdiyini, konsertdə fərqli obrazlarla çıxış edəcəyini vurğulayıb.
Sənətçi haqqında yayılan film xəbərlərinə də münasibət bildirib. Röya Ayxan daha əvvəl film çəkilişi zamanı yaşadığı hadisənin onda mənfi təəssürat yaratdığını deyib:
“Filmə çəkilməkdən qorxuram. Çünki əvvəl çəkildiyim filmdə pullarımı götürüb qaçdılar”.