Röya Ayxan “Sultanım”ı yenidəm təqdim etdi

21.03.2025

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Röya Ayxan “Sultanım”ı yenidəm təqdim etdi

Xalq artisti Röya Ayxan böyük sevgi və rəğbət qazanan “Sultanım” mahnısını akustik versiyada təqdim edib.
OLAY yazır ki, sözləri Nadoya, musiqisi Pərviz Mahmudova məxsus olan mahnıya maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestr ilə yeni nəfəs verilib.

Xalq artistinin bu dəfə akustik variantda səsləndirdiyi “Sultanım” mahnısı instrumental alətlərlə müşayiət olunub.

Sənətçi bəstəyə Türkiyədə video çarx da hazırlatdırıb. Video rolikin müəllifi rejissor Kemal Başbuğdur. 

Qeyd edək ki, “Sultanım” mahnısının akustik variantda təqdimatında 13 musiqiçi iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью