Röya Ayxandan sürpriz layihə!

04.09.2026

Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan pop ulduz Röya Ayxan bəstəkar-müğənni Kazım Can ilə yeni duetini təqdim edib.

OLAY yazır ki, “Dosta” adlanan mahnı artıq dinləyicilərin ixtiyarındadır. Mahnının sözləri Orxan Qarabasma və İlqar Bayramova, musiqisi isə Kazım Cana məxsusdur.

Klipin rejissoru Cəlal Kəngərlidir. Ekran işində Avroviziya qalibimiz Nİgar Camal, müğənnilər İsmail Zadə, Aygül və stilist Elnur Həsənov da yer alıblar.

Röya Ayxan və Kazım Can klipdə üç fərqli obrazda kamera qarşısına keçiblər. Sənətçilərin obrazları üzərində stilist Elnur Həsənov çalışıb. Röya Ayxanın saç və makiyajı da Elnur Həsənov tərəfindən hazırlanıb.

Rəsmi təqdimatı hələ baş tutmayan “Dosta” artıq sosial şəbəkələrdə böyük maraq yaradıb. Mahnı xüsusilə TikTok-da diqqət çəkərək qısa zamanda geniş auditoriyanın marağına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью