Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Azərbaycanın ən məşhur və yüksək gəlirli müğənnilərindən biri olan Xalq artisti Röya Ayxanın dəqiq sərvəti rəsmi olaraq açıqlanmayıb.
Gununsesi.info bildirir ki, internet resurslarında yayılan müxtəlif hesablamalarda sənətçinin sərvətinin 10 milyon ABŞ dollarına qədər olduğu iddia edilir.
Lakin bu rəqəmi təsdiqləyən rəsmi maliyyə məlumatı yoxdur.
Röya Ayxanın əsas gəlir mənbələri konsertlər, toy və özəl tədbirlər, reklam əməkdaşlıqları və müxtəlif layihələrdir.
Mətbuatda yayılan məlumatlara görə, sənətçi bir toy məclisində çıxış üçün təxminən 20 min manat qonorar alır. Röya özü də vaxtilə bir gündə 3–4 toyda çıxış etdiyi dövrlərin olduğunu açıqlayıb.
Bundan başqa, mətbuatda Röya Ayxanın qazancının bir hissəsini daşınmaz əmlaka yatırdığı, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-ın Mayami şəhərində əmlaklarının olduğu barədə məlumatlar yayılıb.
Uzun illər davam edən musiqi karyerası, yüksək qonorarları, konsert və reklam gəlirləri, eləcə də daşınmaz əmlak yatırımları nəzərə alınanda Röya Ayxan Azərbaycan şou-biznesinin ən yüksək gəlir əldə edən və imkanlı sənətçilərindən biri hesab olunur.
Vəli Quliyev