Röya Sevgililər günü ndə onu sevənlərə yeni sürpriz etdi

14.02.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Sevgi nəğmələrinin təkrarolunmaz ifaçısı, Azərbaycanın Xalq artisti Röya Ayxan 14 Fevral - "Sevgililər Günü” ndə sevib-sevilənlərə yeni sürpriz edib.

AZXEBER.COM xəbər verir ki, bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən,  pop - kraliçanın "Elə bilmə” adlı yeni mahnısı və klipi məhz "Sevgililər Günü”  sevənlərinin ixtiyarına verilib. 

Hər kəlməsi sevənlərin ürəyini riqqətə gətirən mahnının sözləri Orxan Mürvətliyə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. 

Estrada ulduzunun ekran işini bu dəfə qardaşı İsmail Zade ərsəyə gətirib. Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb. 

Yeni mahnı  və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью