Röya Tağıyeva Şərəf ordeni ilə təltif edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

31.12.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyevanı "Şərəf" ordeni ilə təltif edib.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident sərəncam imzalayıb.

Sərəncama əsasən, Röya Tağıyeva Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, sabah Röya Tağıyevanın 80 yaşı tamam olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью