Icma.az bildirir, Azxeber.com portalına istinadən. Xalq artisti Röya Ayxan "Gəl mənimlə” adlı yeni mahnı və klipini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, sözləri, musiqisi və aranjimanı Kənan Zeynalova məxsus olan "Gəl mənimlə” mahnısını Türkiyənin məşhur rejisoru Müjdat Kupşi ekranlaşdırıb.
Böyük komandanın - Murat Tuncel, Bener Hamamçı, Giray Gergin kimi ünlülərin ərsəyə gətirdiyi klipdə Azərbaycan şou-biznesinin ulduzu Röya Ayxan tam fərqli obrazlarda görüntülənib.
Klipdə ən diqqət çəkən məqam isə sənətçinin ekstravaqant üslubda geyimləri olub.
Xalq artistinin geyimləri Türkiyənin məşhur modelyer və dizayneri Gülşah Saracoğlu tərəfindən hazırlanıb.
Röyanın çılğın obrazı üzərində incəliklə işləyən modelyerin hazırladığı geyimlər klipə xüsusi rəng qatıb.
Gülbən Ərgən, Deniz Seki, Seda Sayan, Bülent Ərsoy, Demet Akalın kimi məşhur türk sənətçilərinin geyimləri üzərində imzası olan Gülşah Saracoğlu səhnəmizin pop ulduzu üçün də özəl olaraq kostyumlar hazırlayıb.
Müğənninin sosial şəbəkədə yeni klipindən paylaşdığı kiçik fraqmentlər izləyicilərin böyük marağına səbəb olub.