Röyal Nəcəfov: Futbolçulara da deyirik ki, bu, tarixdir

11.11.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Xəbəri eşidəndə çox sevindik. Uzun müddətdən sonra Xankəndiyə qayıtmaq, orada futbol oynamaq qürurverici hissdir". 

Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin baş məşqçisi Röyal Nəcəfov deyib.

illər sonra böyük futbolun Xankəndiyə qayıtmasına münasibət bildirib:

"Əsas planımız Xankəndidə məskunlaşmaq və rəqiblərimizi doğma şəhərimizdə qəbul etməkdir. Amma siz də qəbul edirsiniz ki, birdəfəlik köçmək çox çətindir. Bu proses mərhələli şəkildə reallaşacaq. Qış fasiləsindən sonra və ya növbəti mövsümdə tam olaraq Xankəndiyə köçmüş olacağıq. Əlbəttə, bu, komandanın çıxışına müsbət təsir göstərəcək. Futbolçularla söhbətlərimizdə də bu məsələnin əhəmiyyətini vurğulayırıq. Onlara deyirik ki, bu, tarixdir və hər biri həmin tarixin bir parçası olacaq. Futbolçularımızın hər biri tarixə düşəcək. Eyni zamanda, bu, çox böyük məsuliyyətdir. İnanıram ki, hər birimiz bu məsuliyyətin öhdəsindən gələcəyik".

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində "Xankəndi" – "Karvan-Yevlax" matçı Xankəndi şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью