Röyanı səhnədə qorxutdu VİDEO

02.02.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti Röya Ayxan paytaxt məkanlarının birində səhnə alaraq tamaşaçılar qarşısında çıxış edib.

Milli.Az xəbər verir ki, pop ulduzun ifası zamanı maraqlı və gözlənilməz an yaşanıb.

Belə ki, Röya Ayxanın duet ortağı Elçin Cəfərov ifa əsnasında anidən sənətçiyə yaxınlaşıb. Gözlənilməz hərəkət Röyanın bir anlıq diksinməsinə səbəb olub. Müğənninin həmin an verdiyi reaksiya zalda olanların və izləyicilərin diqqətindən yayınmayıb.

Sözügedən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub. Görənlər videoya müxtəlif şərhlər yazıblar. Bəziləri bunu səhnə zarafatı kimi dəyərləndirsə də, digərləri Röyanın səmimi reaksiyasını maraqlı hesab edib.

Musa
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью