Röyanın bu görüntüləri narazılıq yaratdı: ilk dəfə VİDEO

23.05.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Röya Ayxanın son görüntüləri sosial şəbəkə istifadəçilərini iki yerə bölüb.

Globalinfo.az xəbər verir ki, müğənninin 78-ci Kann festivalında Azərbaycanı təmsil etməsi birmənalı qarşılanmayıb.

Bir qisim ifaçıya dəstək olsa da, əksəriyyət tənqid edib.

Hətta iddia edilir ki, belə festivallar, qırmızı xalçalar, titullar ödənişlidir. Bildirilir ki, Röyanın pərəstişkarları yalnız azərbaycanlılardır və onun Kann festivalına getməyi düzgün deyil.

Bəziləri xüsusilə, Xalq artistinin efirlərdə şıltaq davranışlarını nümunə kimi göstərir, nəinki dünyada, bölgədə belə kifayət qədər tanınmadığını düşünürlər.

Qeyd edək ki, Röya Ayxan sözügedən festivalda iştirak edən ilk azərbaycanlı müğənnidir.

Məlumata görə, o, tədbirə 100 ən uğurlu şəxs arasında Azərbaycan Musiqisinin Mədəniyyət Səfiri qismində qatılıb.

instagram embed code

 Leyla Əlisoy
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью