Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov 32 kiloqram arıqlayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, A.Cəlilovun çəkisi 120 kq-dan 88 kq-ya düşüb.
Xatırladaq ki, Anarla Röya 2008-ci ildə ailə qurub. Onların Hüseyn adlı oğlanları var. Cütlük 2014-cü ildə boşanmışdı.
Qeyd edək ki, A.Cəlilov biznes fəaliyyəti ilə məşğul olub. O, vaxtilə Bakıda məşhur olan “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun oğludur. Anar Cəlilovun rəhbərlik etdiyi “Çudo Peçka” mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb.
Seymur Əli