Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Röya Ayxanın özünəməxsus geyim üslubu ilə yanaşı, aksesuar seçimləri də maraq doğurub.
Milli.Az xəbər verir ki, pop ulduzun obrazlarında istifadə etdiyi rəngarəng və qeyri-adi eynəklər onun stilinin seçilən detallarından birinə çevrilib. Müxtəlif formalı və rəngli modellərə üstünlük verən müğənni bu aksesuarlarla səhnə görünüşünə fərqli çalar qatır.
Röya Ayxanın eynək seçimləri sosial şəbəkələrdə də diqqət çəkib. İzləyicilər müğənninin zövqlü və cəsarətli stilini müzakirə edirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)