Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür.
Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və çoxsaylı paylaşımlar edilib.
Qeyd edək ki, Röya Ayxanın atası bir neçə il əvvəl vəfat edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)