Roza QİYMƏTİ QALDIRDI: “Sənəti, statusu məndən aşağı olanlar…”

05.03.2025

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sənəti, statusu məndən aşağı olanlar tədbirlərə 8-10 min manata gedirlər, özü də tədbiri fonoqrama ilə yola verirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Afaqla Onlar” verilişində deyib.

Sənətçi tədbir qiymətini artırdığını bildirib:

“İstədim” mahnısına qədər tədbirlərimin qiyməti fərqli idi. Yarım saat tədbirimizin qiyməti 5 min, bütöv tədbirin qiyməti isə 12 min manat idi. Artıq bütöv tədbirlərin qiyməti 15 min manatdır. 3 min manat artıb. Sənəti, statusu məndən aşağı olanlar tədbirlərə 8-10 min manata gedirlər, özü də tədbiri fonoqrama ilə yola verirlər. Xarici ölkələrdə dəvət aldığım tədbirlərin qiyməti də eynidir, amma pul vahidi dollarladır”.

Nehru

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью