Roza Zərgərli: “Təyyarədə dostumun oğlu...” VİDEO

26.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Təyyarə qəzasında tapılan soydaşlarımın yaxınlarına başsağlığı verirəm. Qazaxıstan bölgəsinə konsert turum başlayacaqdı. Amma mən hər şeydən imtina etdim. Atıraudakı konsertimi də ləğv etdim..."

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. O, qəzaya uğrayan təyyarədə dostunun oğlunun da olduğunu açıqlayıb:

"Təyyarədə dostumun oğlu da olub. Həmyerlilərimə və qazax, rus, qırğız qardaşlarıma başsağlığı verirəm. Düşünürəm ki, qərarımı başa düşəcəksiniz. Mənə dəstək olan bütün dinləyicilərə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, qəza nəticəsində həyatını itirənlər arasında tanınmış qazax notariusu Qauhar Şaymerdenova və onun oğlunun da olduğu bildirilmişdi. Təyyarə qəzası bölgədə dərin üzüntü doğurub və bir çox tanınmış şəxslər bu faciə ilə bağlı başsağlığı mesajları yayımlayıblar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью