RPİ də hazırlanan “Ağıllı heyvandarlıq” sisteminin təqdimatı olub

14.08.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev, institutun İnnovativ Tədqiqatlar Qrupunun rəhbəri Namiq Heydərov və qrupun proqramçı mühəndisi Mustafa Kazımov Göygöl rayonundakı Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbəri Mahir Hacıyevlə görüşüblər.

RPİ-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı institutlar arasında əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin RPİ-nin İnnovativ Tədqiqatlar Qrupunda hazırlanan “Ağıllı heyvandarlıq” sisteminin təqdimatı keçirilib. Bununla yanaşı, heyvanlara müasir texnologiyalar vasitəsilə nəzarət olunması istiqamətində müzakirə aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью