Ruan Renato üçün əlamətdar oyun

03.12.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Ruan Renato "Zirə"nin heyətində 100-cü oyununu keçirib.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər veri ki, 31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinə təsadüf edib.

Braziliyalı legioner "Neftçi" ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub. Renato "Zirə"də keçirdiyi 100 matçda 9 qola imza atıb.

O, Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı "Zirə"nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.

Qeyd edək ki, R.Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın "Qarabağ"la səfər matçında (1:0) Bakı klubunda debüt edib.

II Liqa: XI tura yekun vurulub Millimiz beynəlxalq turnirin qalibi olub - VİDEO Kurban Berdiyev: "Bu oyun üçün motivasiyamız çatışmırdı" Azərbaycan Kuboku: "Turan Tovuz" 1/4 finalda - YENİLƏNİB Adı "Neftçi"ylə də hallanan Avcıdan iddialara cavab: “Hamısı yalandır”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью