Ruanda Əlcəzairdə səfirliyini açdığını elan edib

04.06.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ruanda Prezidenti Pol Kaqame Əlcəzairdə ölkəsinin səfirliyinin açıldığını elan edib.

525.az xəbər verir ki, Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Kaqame iki günlük rəsmi səfərlə Əlcəzairə gəlib, onu əlcəzairli həmkarı Əbdülməcid Tebbun qarşılayıb.

"Dövlət başçıları birgə mətbuat konfransında çıxış edərək, Ruanda ilə Əlcəzair arasında uzunmüddətli əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Kaqame, həmçinin Ruandanın Əlcəzairdə səfirliyinin tezliklə açılacağını açıqlayıb", - məlumatda deyilir.

Ruanda prezidentinin səfəri çərçivəsində ölkələr arasında hava nəqliyyatı, vizasız gediş-gəliş, telekommunikasiya və digər sahələrdə də bir sıra sazişlər imzalanıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью