Ruanda Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

20.09.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycanda rəsmi səfərdə olan Ruanda Prezidenti Pol Kaqame sentyabrın 20-də Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Yeniavaz.com
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью