Ruandadan olan 20 tələbə Azərbaycanda oxuyacaq

26.11.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

20 nəfər Ruanda vətəndaşı Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycanda ali təhsil alacaq

2026-2027-ci tədris ilində 20 nəfər Ruanda vətəndaşı Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycanda ali təhsil alacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 20 Ruanda vətəndaşı Azərbaycanda ali təhsil almaq hüququ qazanıb. Proqram iştirakçıları bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində və Azərbaycan Tibb Universitetində təhsil alacaqlar. Təhsil proqramları texniki və texnoloji, eləcə də əsas (baza ali) tibb ixtisas qruplarını əhatə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью