Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Kulis.az Rübabə Muradova haqqında materialı təqdim edir.
Rübabə Muradova kimdir və harada doğulub? Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub.
Yeniyetmə yaşlarında ailəsi ilə birgə Azərbaycana köçüb. Bir müddət Şirvan rayonunda yaşayan Muradova sonradan sənəti ilə əlaqədar paytaxt B
1951-1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alıb.
1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.
Ifa etdiyi rollar: Rübabə Muradova "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Xanəndə qız, "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda isə Sənəm rollarını ifa edib.
Mükafatları: 29 aprel 1971-də "Azərbaycan SSR xalq artisti" fəxri adı 6 noyabr 1956-da "Azərbaycan SSR əməkdar artisti" fəxri adı 9 iyun 1959-da "Şərəf nişanı" ordeni ilə təltif olunub Həyatı haqqında bilinən məlumatlar: Deyilənlərə görə, Rübabə Muradova elə də varlı ailənin qızı olmayıb.
Atası Şirvan rayonunda mollalıq edib, üç qızını və ailəsini dolandırırmış.