Ruban finalda MVP seçilib

10.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya çempionatında final seriyası ikinci matçının ən yaxşı oyunçusu - MVP seçilib.

İdman.biz xəbər verir ki, ilk oyunda "Voluntari"yə uduzduqdan (2:3) sonra hücumçumuzun çıxış etdiyi "Alba" rəqibdən əvəz çıxa bilib.

Komanda 3:1 hesabı ilə qalib gəlib, Ruban isə 26 xal toplayaraq yüksək məhsuldarlıq nümayiş etdirib.

Qeyd edək ki, final seriyasında hesab bərabərləşib - 1:1.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью