Ruban və Xarçenko Rumıniya çempionluğunun bir addımlığında

14.04.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniya çempionu adını qazanmağa çox yaxındırlar.

İdman.biz xəbər verir ki, heyətində yer aldıqları "Alba" klubu final seriyasında "Voluntari" ilə qarşılaşıb.

Komandalar arasında keçirilən üçüncü görüş 3:0 hesabı ilə CEV kuboku finalçılarının qələbəsi ilə başa çatıb. Artıq seriya hesabı 2:1 “Alba”nın xeyrinədir.

Dördüncü qarşılaşma Ruban və Xarçenko üçün hər mənada həlledici olacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью