Rubandan Rumıniyada məhsuldar oyun İdman və Biz

23.12.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Alba”da çıxış edən Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya çempionatının növbəti turunun oyununda yüksək məhsuldarlıq göstərib.

İdman.biz xəbər verir ki, o, komandasının "Konstantsa"ya qalib gəldiyi oyunda 28 xal toplayıb.

Görüşün nəticəsi taybreyklə həll olunub - 3:2.

Ruban görüşün ən məhsuldar oyunçusu olub, "Alba" isə çempionatda 2-ci yerdədir. Lider Buxarest “Dinamo”sundan 3 xal geri qalsa da, hesabında oynanılmamış bir matç var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью