Ruben Amorim: Bəxtimiz gətirmədi

02.04.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqanın 30-cu turunda "Nottingem Forest"ə uduzduqları (0:1) oyunu şərh edib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis səfər məğlubiyyəti haqda deyib:

"Erkən qol rəqibə istədikləri futbolu oynamağa imkan verdi. Biz tez-tez hücum edirdik, lakin qol vurmaq bacarığımız yox idi. Məncə, şanslarımızdan istifadə edə bilmədik. Həm də bəxtimiz gətirmədi".

Qeyd edək ki, "Mançester Yunayted" 30 oyundan sonra 37 xalla Premyer Liqada 13-cü, "Nottingem Forest" isə 30 oyundan 57 xalla üçüncü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью