Ruben Amorimdən antirekord İdman və Biz

27.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Ruben Amorim "Mançester Yunayted"də antirekorda imza atıb.

İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" portuqaliyalı mütəxəssisin rəhbərliyi ilə Premyer Liqada 7-ci oyunda 4-cü dəfə uduzub.

Mançester təmsilçisi İngiltərə Premyer Liqasının 18-ci turunda "Vulverhempton"a 0:2 hesabı ilə məğlub olub. Bununla da, Ruben Amorim Erik Ten Haaqın uğursuz nəticəsini yeniləyib. Niderlandlı mütəxəssis 4-cü məğlubiyyətini 13-cü matçında yaşayıb.

Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl "Arsenal"a (0:2), "Nottigem Forest"ə (2:3), "Bornmut"a (0:3) uduzub. Komanda növbəti turda "Nyukasl"la qarşılaşacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью